» » Qazsız Qobu sakinləri Prezidentdən kömək gözləyir -VİDEO


Qazsız Qobu sakinləri Prezidentdən kömək gözləyir -VİDEO

21-08-2019, 00:22
Oxunub: 52
Çap et
Qazsız Qobu sakinləri Prezidentdən kömək gözləyir -VİDEO

Abşeron rayonunun Qobu qəsəbəsi Yeni massiv kimi tanınan ərazidə mavi qazın verilməməsi sakinləri ciddi narahat edir.

Milliyet.az Real.tv-yə istinadən xəbər verir ki, Payız fəslinin özünü yetirdiyi bir vaxtda burda yaşayanlar problemin həlli üçün tələsir. Çünki payız özü ilə soyuq,qış isə özü ilə qar gətirəcək. Sakinlərin dediklərinə görə qəsəbənin girəcəyində ana qaz xətti var, lakin bu məhəlləyə qazın çəkilməsi hələ də yubanır.

Yeni massivin köhnə problemindən Azəriqaz İstehsalat Birliyində də xəbərdardırlar.

Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun sözlərinə görə Qobu qəsəbəsində hələki layihələndirmə işləri gedir.

Sakinlərə bu yerdə gözləmək qalır. Çünki dayanıqlı və fasiləsiz yanacaqla təmin olunmaq üçün texniki imkanların olması vacib şərtdir.



Reytinq: