» » Azərbaycanda qatar xətti ləğv edilir


Azərbaycanda qatar xətti ləğv edilir

9-07-2019, 23:29
Oxunub: 23
Çap et
Azərbaycanda qatar xətti ləğv edilir

Bakı-Ağstafa sürət qatarı ləğv ediləcək.

Sürət qatarı iyulun 15-də ləğv olunacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən saytımıza bildirilib ki, Bakı-Ağstafa sürət qatarının ləğv edilməsi hərəkət qrafikinin optimallaşdırılması ilə bağlıdır:
“Orada dörd-altı vaqon var idi, indi isə ləğv edilib. Sərnişinlər bundan sonra qərb istiqamətinə yalnız Bakı-Böyük Kəsik sərnişin qatarı ilə hərəkət edə bilərlər”.

QSC-dən qeyd edilib ki, Bakı-Böyük Kəsik sərnişin qatarının hərəkət saatı da dəyişdirilir:

“Artıq həmin qatar Bakı-Ağstafa sürət qatarı yola çıxan saatda hərəkət edəcək”.



Reytinq: