» » Mehriban Əliyevadan UNESCO-nun Şəki qərarı ilə bağlı – AÇIQLAMA


Mehriban Əliyevadan UNESCO-nun Şəki qərarı ilə bağlı – AÇIQLAMA

7-07-2019, 23:15
Oxunub: 20
Çap et
Mehriban Əliyevadan UNESCO-nun Şəki qərarı ilə bağlı – AÇIQLAMA


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
Birinci xanımın “İnstagram” səhifəsində paylaşılan təbrikində deyilir: “Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik.

Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edirəm!”



Reytinq: