» » AMEA evi ola-ola mənzil istəyənlərin siyahısını hazırladı


AMEA evi ola-ola mənzil istəyənlərin siyahısını hazırladı

9-06-2019, 15:43
Oxunub: 51
Çap et
AMEA evi ola-ola mənzil istəyənlərin siyahısını hazırladı


“AMEA-nın bəzi əməkdaşları dövlət orqanlarına və mətbuata akademiya rəhbərliyi barədə yazılar göndərərək, ictimai fikir gücündən istifadə etməklə öz qanunsuz əməllərini kölgədə saxlamaq və mənzil əldə etmək istəyirlər”.
Yataqxanada yaşadıqları dövrdə adlarına mənzil olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının adları açıqlanıb.

AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumatda deyilir ki, “son günlər bəzi əməkdaşlar rəhbər dövlət orqanlarına və mətbuata akademiya rəhbərliyi barədə iftira dolu yazılar göndərərək, ictimai fikir gücündən istifadə etməklə öz qanunsuz əməllərini kölgədə saxlamaq və mənzil əldə etmək istəyirlər”. Həmin əməkdaşların belə davranışına cavab olaraq AMEA evi ola-ola mənzil əldə etmək istəyən şəxslərin siyahısını hazırlayıb.

Qeyd edək ki, son bir neçə aydır, AMEA-da mənzil bölgüsü ilə bağlı qalmaqallar səngimək bilmir. Əməkdaşları AMEA-nı ədalətsiz mənzil bölgüsündə günahlandırırlar, qurum isə onları saxtakarlıqda ittiham edir.

Bizimyol.info



Reytinq: