» » Azərbaycanda bu şəxslər 700 manat müavinət alacaq


Azərbaycanda bu şəxslər 700 manat müavinət alacaq

9-06-2019, 15:32
Oxunub: 144
Çap et
Azərbaycanda bu şəxslər 700 manat müavinət alacaq


Baş Nazir Novruz Məmmədov "İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə” qərarda dəyişiklik edib.

Milliyet.az xəbər verir ki, qərarın 1-ci hissəsində "400” rəqəmləri "700” rəqəmləri ilə əvəz edilib.

Qeyd edək ki, həmin qərara görə insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə 400 manat məbləğində müavinət müəyyən edilirdi. Dəyişikliyə görə bu məbləğ 700 manata qədər artırılıb.



Reytinq: