» » 'Google' İngiltərədə 'Gmail' üzərindən pul köçürülməsi funksiyasını işə salıb


'Google' İngiltərədə 'Gmail' üzərindən pul köçürülməsi funksiyasını işə salıb

31-01-2015, 00:20
Oxunub: 664
Çap et
'Google' İngiltərədə 'Gmail' üzərindən pul köçürülməsi funksiyasını işə salıb

Böyük Britaniya ərazisində birbaşa “Gmail” poçt xidmətinin interfeysindən pul göndərmək xidməti işə salınıb

milliyyet.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, məktub yazarkən “Attach Money” düyməsinə sıxmaq və köçürüləcək məbləği qeyd etmək kifayətdir. Əgər alan şəxsin “Google Wallet”i yoxdursa, o, avtomatik yaradılacaq və pul qabına yerləşdirilmiş pulu başqa istifadəçilərə pul köçürmək, “Google Play” internet mağazasında alış-veriş üçün istifadə etmək mümkün olacaq. Bundan başqa, pulu almaq üçün alan şəxsin “Gmail” hesaba malik olması vacib deyil. Bərkitmə istənilən poçt xidmətində işləyir.

Yeni funksiya bir neçə həftə ərzində tədricən Böyük Britaniyanın 18 yaşdan yuxarı bütün istifadəçiləri üçün əlçatan olacaq.



Reytinq: