» » Özünü yandıran şəxsin vəziyyəti ilə bağlı - Nazirlikdən açıqlama


Özünü yandıran şəxsin vəziyyəti ilə bağlı - Nazirlikdən açıqlama

14-01-2019, 13:53
Oxunub: 27
Çap et
Özünü yandıran şəxsin vəziyyəti ilə bağlı - Nazirlikdən açıqlama


"Bakıda özünü polis bölməsinin qarşısında yandıran şəxsin vəziyyəti ağır olaraq qalır".

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, Sulutəpə qəsəbəsində 40-cı Polis Bölməsinin qarşısında üzərinə benzin tökərək özünü yandıran 1985-ci il təvəllüdlü Tərlan İslamovun bədəninin 65 faiz hissəsi yanıb.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinə yerləşdirilən T.İslamovun tənəffüs yolları yanıb: "Bədənin müxtəlif nahiyələri yanan həmin şəxs 3-cü dərəcəli yanıq diaqnozu ilə müalicəsini Reanimasiya şöbəsində davam etdirir və vəziyyəti ağırdır"



Reytinq: