» » Tacir Şahmalıoğlunun anasını yaşadığı mənzildən çıxarırlar — FOTO


Tacir Şahmalıoğlunun anasını yaşadığı mənzildən çıxarırlar — FOTO

30-08-2018, 14:44
Oxunub: 302
Çap et
Tacir Şahmalıoğlunun anasını yaşadığı mənzildən çıxarırlar — FOTO


Tanınmış müğənni Tacir Şahmalıoğlunun anası Südabə Allahverdiyeva yaşadığı mənzildən çıxarılır.
"Ölkə.Az"ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, bu barədə Yasamal Rayon Məhkəməsi qərar çıxarıb. 82 yaşlı S.Allahverdiyeva bildirib ki, 25 ildir məskunlaşdığı birotaqlı mənzildən zorla çıxarılır:
"Dadaş Bünyadzadə küçəsində birotaqlı mənzildə vəfat edən oğlum Mahirin həyat yoldaşı və övladlarıyla məskunlaşmışıq. Bizi burdan çıxartsalar da, heç olmasa məcburi köçkün qəsəbəsində məskunlaşdırsınlar. Axı iki yetim uşaqla, cavan gəlinlə mən hara gedim?"
Mövzunu diqqətdə saxlayacağıq.



Reytinq: