» » Bakıda məktəb ərazisi zəbt edildi - Rəsmi


Bakıda məktəb ərazisi zəbt edildi - Rəsmi

8-12-2014, 13:26
Oxunub: 667
Çap et
Bakıda məktəb ərazisi zəbt edildi - Rəsmi

"Bakı şəhərinin Binəqədi rayonundakı 115 saylı tam orta məktəbə məxsus 90 kvadratmetr torpaq sahəsi qanunsuz zəbt olunub və ərazi hasarlanıb".

Milliyət.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən operativ araşdırma zamanı məlum olub ki, qanunsuz tikinti işləri “Paradise” klubunun işçiləri tərəfindən aparılıb. Faktla bağlı Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət edilib. Əraziyə baxış keçirildikdən sonra qanunsuz tikinti sökülüb.

Qeyd edək ki, Prezident İlham Əliyev 11 avqust 2014-cü il tarixində Binəqədi rayonundakı 115 saylı tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətilə tanış olub. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, əsaslı şəkildə yenidən qurulmuş 1380 şagird yerlik məktəbdə təmir işləri yüksək standartlara uyğun həyata keçirilib. Təhsil müəssisəsinin bir hektarlıq həyətyanı sahəsində də müvafiq abadlıq və quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb.

Nazirlik bildirir ki, təlim-tərbiyə müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edən vətəndaşlar birmənalı şəkildə qəbul etməlidir ki, bu cür qeyri-sağlam tendensiya təhsilalanların Konistitusiya hüquqlarının pozulmasına səbəb olur. Təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcək.



Reytinq: