» » Növbədənkənar seçkilərə görə facebook nəzarətə götürülür: Məzahir Pənahov “onlar cəzalanacaq” dedi


Növbədənkənar seçkilərə görə facebook nəzarətə götürülür: Məzahir Pənahov “onlar cəzalanacaq” dedi

9-02-2018, 01:47
Oxunub: 58
Çap et
Növbədənkənar seçkilərə görə facebook nəzarətə götürülür: Məzahir Pənahov “onlar cəzalanacaq” dedi


Aprel ayının 11-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ölkə gündəminin əsas mövzusudur. Vaxt o qədər dardır ki, proses sürətlə aparılır və mövzuyla bağlı informasiya axınının intensivliyində hansısa vacib məqamları tutub ictimailəşdirmək o qədər də asan olmur.

Bu baxımdan Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilmiş tədbirində adıçəkilən qurumun sədri Məzahir Pənahovun sosial şəbəkələrin nəzarətə götürüləcəyi ilə bağlı açıqlaması maraq doğurmaya bilməz.
Növbədənkənar seçkilərə görə facebook nəzarətə götürülür: Məzahir Pənahov “onlar cəzalanacaq” dedi

savash.org sözügedən açıqlamadan zəruri çıxarışı diqqətinizə çatdırmağı vacib sayır: “...Hesab edirəm ki, sosial şəbəkələrlə bağlı da təklif hazırlamalıyıq. Bunu tez hazırlamalıyıq ki, sosial şəbəkələrdə monitorinq təşkil edilsin və seçkiqabağı təşviqatı pozanlar haqqında müvafiq tədbirlər görülsün, təşviqatı pozanlar cəzalandırılsın. Seçki siyasi maraqları olan tərəflərin mübarizəsidir".

Növbədənkənar seçkilərə görə facebook nəzarətə götürülür: Məzahir Pənahov “onlar cəzalanacaq” dedi...Məlumat üçün bildirək ki, Seçki Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır. Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. İndiki halda bu proses martın 19-da başlayır, aprelin 10-u saat 8.00-da dayandırılacaq.

Savash.org xatırladır ki, qanunun bu müddəası ilk dəfə olaraq sosial şəbəkələrə də şamil ediləcək. Bu isə sosial şəbəkələrdə seçki təşviqatının aparılması qaydasını pozanlara qarşı cəzalandırma mexanizminin işə düşəcəyindən xəbər verir. Seçkiqabağı təşviqat qaydalarının pozulması isə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati və cinayət qaydasında cəzalandırılır.

Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinin tələbinə görə seçkiqabağı və ya referendum ilə bağlı təşviqatın aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarının və müddətinin pozulmasına görə iyirmi beş manatdan əlli manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 159-1.1-ci maddəsinin tələbinə görə namizədlərin, partiyaların, siyası partiyalar bloklarının seçki (referendum) kampaniyalarına müdaxilə etmə və ya onu pozma iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Reytinq: