» » Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edildi – TƏCİLİ


Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edildi – TƏCİLİ

5-02-2018, 14:16
Oxunub: 302
Çap et
Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edildi – TƏCİLİ


Azərbaycanda prezident seçkilərinin vaxtı dəyişib və növbədənkənar president semkiləri təyin edilib. Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar Prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.
Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Bizim Yol xatırladır ki, 2Azərbaycan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan VIII rəsmi ümumilli seçki 2018-ci il oktyabr ayının 17-sində keçirilməliydi.

2016-cı il sentyabrın 26-da Konstitusiyasında dəyişikliklər edilməsi haqqında son Referendumdan sonra ali qanuna “Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər” müddəası əlavə edilib və prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.



Reytinq: