» » Valideynlərin nəzərinə: Bakıda ucuz məktəbli yarmarkaları açılır


Valideynlərin nəzərinə: Bakıda ucuz məktəbli yarmarkaları açılır

15-08-2017, 23:36
Oxunub: 300
Çap et
Valideynlərin nəzərinə: Bakıda ucuz məktəbli yarmarkaları açılır

Qarşıdan gələn tədris ili üçün valideynlərin övladlarına məktəbli ləvazimatları almasını asanlaşdırmaq məqsədilə paytaxtın müxtəlif yerlərində məktəbli yarmarkaları quraşdırılır.
Bu barədə XəzərXəbər-ə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin mətbuat katibi Əliabbas Bağırov bildirib. Onun sözlərinə görə, məktəbli yarmarkaları sentyabrın 20-dək davam edəcək.

“Ehtiyac olarsa, yarmarkalar sentyabrın 30-a qədər davam edə bilər. Bakı şəhərinin müxtəlif yerlərində, xüsusilə metroların giriş və çıxışlarına yaxın yerlərdə çadırlar quraşdırılır. Hazırda metronun Elmlər Akademiyası, “İnşaatçılar”, “Koroğlu”, “Neftçilər” stansiyalarının yaxınlığında və digər yerlərdə çadırlar hazır vəziyyətdədir”.

Ə.Bağırov qeyd edib ki, məktəbli yarmarkalarında kitab, dəftər, qələm, karandaş və digər məktəbli ləvazimatları satılacaq: “Yarmarkaların açılmasında məqsəd pərakəndə satışın qarşısı almaqdır. Yarmarkalarda satış bir yerdən idarə olunacaq. Süni qiymət artımına yol verilməyəcək. Qiymətlər münasib olacaq”.



Reytinq: