» » Azərbaycanda yol terroru: 5 nəfər öldü


Azərbaycanda yol terroru: 5 nəfər öldü

10-05-2017, 14:26
Oxunub: 850
Çap et
Azərbaycanda yol terroru: 5 nəfər öldü


Daxili İşlər Nazirliyi ölkədə baş vermiş yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, mayın 10-da saat 1 radələrində Bərdə şəhərində Kürdəmir rayon sakini Sergey Pənahov idarə etdiyi "KAMaz" markalı avtomobillə yolu keçən şəhər sakini Şahin Əliyarovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Mayın 9-da saat 20 radələrində Qusar rayonunun Köhnə Xudat kəndində şəhər sakini Yaşar Haqverdiyev idarə etdiyi "VAZ-21150" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişini, həmyerlisi Namiq Balaşov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Mayın 9-da saat 19 radələrində Qobustan şəhəri ərazisində Sumqayıt şəhər sakini Mehrab Babayevin idarə etdiyi "Mercedes" və Sabirabad rayon sakini Güloğlan Əsgərovun idarə etdiyi "MAN" markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən M.Babayev orada ölüb.

Mayın 8-də saat 21 radələrində Quba rayonunun Nügədi kəndində kənd sakini Qabil Eldarov idarə etdiyi "VAZ-21011" markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə sürücü hadisə yerində ölüb.

Mayın 4-də saat 14 radələrində Nərimanov rayonu ərazisində Ağsu rayon sakini Fuad Allahverdiyev idarə etdiyi "Zontes ZT" markalı motosikletlə yolu keçən Bakı şəhər sakini İlham Bayramovu vurub. Xəstəxanaya yerləşdirilən İ.Bayramov mayın 8-də orada ölüb.


Bütün faktlarla bağlı araşdırma aparılır.



Reytinq: