» » Deputatlardan özləri ilə bağlı qanun layihəsinə ETİRAZ


Deputatlardan özləri ilə bağlı qanun layihəsinə ETİRAZ

2-05-2017, 16:29
Oxunub: 319
Çap et
Deputatlardan özləri ilə bağlı qanun layihəsinə ETİRAZ


“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında deputatların narazılığına səbəb olub.

APA-nın məlumatına görə, deputat Zahid Oruc deyib ki, deputat mandatını parlamentdə itirəcəksən, deməli? məhkəmənin səlahiyyətləri mənimsənilir: “Biz məhkəmənin qərarı ilə fəaliyyətə başlamışıq, parlamentin qərarı ilə necə mandat itirə bilərik?”

Deputat bu halın parlamentin nüfuzuna zərər gətirəcəyini bildirib. Deputat onu da deyib ki, insan azadlıqları ilə bağlı öndə olan ölkələrdə deputatın davranış qaydası ilə bağlı qanun yoxdur.

Deputat Tahir Kərimli də layihəyə etiraz edib. O ən yumşaq halda qanun layihəsinin 5, 6, 10 və 11-ci maddələrinin dəyişdirilməsini istəyib. Bu layihələr deputatın fəaliyyəti, mandatdan məhrum edilməsi, kobud pozuntulara qarşı xəbərdarlıq və hədiyyələr almaqla bağlıdır.

"Biz indi necə bilək ki, hansı hərəkətimiz pozuntudur, hansı yox”, - deyə T. Kərimli qeyd edib

Deputat Fərəc Quliyev də qanun layihəsinə etiraz edərək, həmkarlarının fikirlərinə şərik olduğunu bildirib. O, layihədə deputatı kiçildən məqamların olduğunu bildirib. F. Quliyev daha çox deputatın hədiyyə götürməsi ilə bağlı maddəyə etiraz bildirib.

Müzakirələr davam edir.



Reytinq: