» » Formula 1 Azərbaycan Qran Prisində fantastik QİYMƏT – FOTO


Formula 1 Azərbaycan Qran Prisində fantastik QİYMƏT – FOTO

24-04-2017, 14:44
Oxunub: 248
Çap et
Formula 1 Azərbaycan Qran Prisində fantastik QİYMƏT – FOTO


Azərbaycanda Formula 1 yarışı üçün bir müddətdir ki, biletlər satışa çıxarılıb.

Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, artıq Azneft dairəsinin qarşısında yerləşən Filarmoniya tribunasında bütün yerlər tamamilə satılıb. Bununla yanaşı, Abşeron, İçəri Şəhər, Qız qalası, Azneft, Xəzər, Sahil, Filarmoniya, Muğam, Bulvar tribunasında isə biletlər satışı davam edir.

23-25 iyun tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində tamaşaçılar üçün müxtəlif biletlər, o cümlədən bir, iki və dördgünlük biletlər təklif olunur. Dördgünlük biletlərin ümumi qiyməti tribunadan asılı olaraq 250-690 AZN arasında dəyişir. Azyaşlılar üçün bütün tribunalara təklif olunan dördgünlük biletlər 175-480 AZN təşkil edir.

Bununla yanaşı, 4 xüsusi paketdə satışa çıxarılıb: Special Paketi - 600 dollar, Silver Paketi - 1150 dollar, Gold Paketi - 2900 dollar, Platinum Paketi 3500 dollar. Xüsusi paketlərə lüks otellərdə iki nəfərlik nömrə və biletlər daxildir.

Dördgünlük bileti olan tamaşaçılar Azərbaycan Qran Prisi ilə əlaqədar keçiriləcək bütün yarış sessiyalarını izləməklə yanaşı cümə axşamı günü baş tutacaq Pit Yolu gəzintisində və həmçinin yarış həftəsonu ərzində dənizkənarı bulvar ərazisində təqdim olunan bütün əyləncə proqramlarında da iştirak edə biləcəklər.

Qeyd edək ki, azarkeşlər Bakıda keçiriləcək Azərbaycan Qran Pri yarışını tribuna və ayaqüstü zonalardan izləyə biləcəklər. Tribunaların ümumi tutumu 18 min yerdir və ayaqüstü zonalar da azı 10 min tamaşaçını qəbul edə biləcək genişlikdədir. Avtoidman həvəskarları yarışa biletləri şəhərin kassalarından əldə edə bilərlər. Bununla yanaşı, biletlər BŞH-nin rəsmi veb-səhifəsində də onlayn qaydada satışdadır: www.bakucitycircuit.com

Formula 1 Azərbaycan Qran Prisində fantastik QİYMƏT – FOTO
Formula 1 Azərbaycan Qran Prisində fantastik QİYMƏT – FOTO
Formula 1 Azərbaycan Qran Prisində fantastik QİYMƏT – FOTO
Formula 1 Azərbaycan Qran Prisində fantastik QİYMƏT – FOTO



Reytinq: