» » İlqar Məmmədovun səhhəti pisləşib


İlqar Məmmədovun səhhəti pisləşib

22-03-2017, 22:55
Oxunub: 376
Çap et
İlqar Məmmədovun səhhəti pisləşib

REAL sədri xarici həkimlərin onu ziyarət etməsini istəyir

REAL Hərəkatının sədri İlqar Məmmədovun səhhətində problemlər var. O, bel və əzələ ağrılarından əziyyət çəkir. Bu barədə məlumatı ReAL-ın icra katibi Natiq Cəfərli öz “Facebook” səhifəsində yayıb. Onun sözlərinə görə, martın 22-də İlqar Məmmədovla telefonla danışıb və sədr ağrılardan əziyyət çəkdiyini deyib:

“Ciddi bel və əzələ ağrıları var, yerimək, hətta danışmaq belə ona əziyyət verir. Təcili olaraq xarici həkimlərin onu ziyarət etməsini istədi”.

Natiq Cəfərli Beynəlxalq Qırmızı Xaç Komitəsinə, eləcə də digər əlaqədar təşkilatlara məlumat verdiklərini bildirib.



Reytinq: