» » Bakıda gənc yazar özünü 17-ci mərtəbədən atdı - FOTO


Bakıda gənc yazar özünü 17-ci mərtəbədən atdı - FOTO

16-03-2017, 13:31
Oxunub: 439
Çap et
Bakıda gənc yazar özünü 17-ci mərtəbədən atdı - FOTO


Bakıda 28 yaşlı oğlan özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. Hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsində yerləşən mənzildə kirayə yaşayan 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu özünü eyvandan yerə atıb.

M.Abdullayev hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, intihar edən Abdullayev Mövlud gənc yazar Mövlud Mövluddur.
Bakıda gənc yazar özünü 17-ci mərtəbədən atdı - FOTO
report.az



Reytinq: