» » Jurnalist Mehman Hüseynov 1 qəpik kampaniyasına başlayıb


Jurnalist Mehman Hüseynov 1 qəpik kampaniyasına başlayıb

12-01-2017, 16:08
Oxunub: 383
Çap et
Jurnalist  Mehman Hüseynov 1 qəpik kampaniyasına başlayıb


Məhkəmə tərəfindən 200 manat məbləğində cərimə edilən Mehman Hüseynov "1 qəpik" kampaniyasına başlayıb. Bizimyol.info xəbər verir ki, jurnalist cəriməni 1 qəpiklərlə verməyi düşünür. O bildirib ki, 1,3 və 5 qəpiklər yığaraq cəriməni bu formada verəcək.

"Əgər mənim 200 manatıma ehtiyacları varsa, mən o pulu verəcəm. Amma cəriməni qəpiklərlə verəcəm" - M.Hüseynov

Xatırladaq ki, Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmuşdu. O, polislərin əmrinə tabe olmamaqda təqsirləndirilərək 200 manata məbləğində cərimə edilib.



Reytinq: