» » Bakıda Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin Sammiti keçiriləcək


Bakıda Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin Sammiti keçiriləcək

22-01-2015, 16:58
Oxunub: 708
Çap et
Bakıda Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin Sammiti keçiriləcək

Sammit ilk dəfə keçən il Tiflisdə baş tutub.

milliyyet.az Oxu.Az-a istinadən xəbər verir ki, Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin Sammiti bu il Bakıda keçiriləcək, bunu Gürcüstan prezidentinin administrasiya rəhbəri Georgi Amaşişvili Tiflisdə bəyan edib, Georgianpress məlumat verir.

O qeyd edib ki, üç ölkənin iştirakı ilə baş tutacaq Sammit hər il keçiriləcək və Gürcüstanın regionda geosiyasi rolunu möhkəmləndirəcək.

Gələn il Sammit Türkiyədə keçiriləcək. İlk dəfə olaraq Sammit keçən il Tiflisdə baş tutub.

“Gürcüstan prezidenti bu Sammitə böyük önəm verir və diqqət ayırır, bu barədə özünün bütün xarici səfərlərində də qeyd edir. Bizim məqsədimiz Gürcüstanın geosiyasi rolunun artması, Asiya və Avropa arasında körpüyə çevrilməkdir ki, bu da region ölkələrinin vasitəsi ilə mümkündür”, - deyə G.Amaşişvili bildirib.

O qeyd edib ki, Gürcüstan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa “xüsusi önəm” verir.



Reytinq: