» » Angela Merkel Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışdı


Angela Merkel Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışdı

21-01-2015, 19:55
Oxunub: 718
Çap et
Angela Merkel Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışdı

Almaniya, Berlin, 21 yanvar /Trend, xüsusi müxbir Sevil Mikayılova/

Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini yaxından izləyir və bu istiqamətdə aparılan danışıqları dəstəkləyir.

milliyyet.az xəbər verir ki, Trend-in Almaniyaya ezam olunmuş müxbirinin məlumatına görə, bunu Almaniya Kansleri Angela Merkel Berlində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən brifinqdə deyib.

A.Merkel həmçinin vurğulayıb ki, bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır.

Kansler son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin tez-tez pozulmasından təəssüfləndiyini bildirib.



Reytinq: