» » Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşdü


Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşdü

14-10-2016, 09:43
Oxunub: 273
Çap et
Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşdü


Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşüb.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinə (RPİ) məxsus dustaq aparmaq üçün nəzərdə tutulan zirehli “Mercedes” markalı mikroavtobus Mərdəkanda qəzaya düşüb. Mikroavtobus “Toyota” markalı digər avtomobillə toqquşub.

Qəza zamanı mikroavtobus Suraxanı RPİ-nin Müvəqqəti Saxlama Yerindən Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına dustaq aparırmış.

Hadisə ilə bağlı araşdırma aparılır.



Reytinq: