» » Referendumun rəsmi nəticələri açqılandı


Referendumun rəsmi nəticələri açqılandı

27-09-2016, 07:54
Oxunub: 406
Çap et
Referendumun rəsmi nəticələri açqılandı


Seçicilər təklif olunan bütün məsələləri yüksək faizlə dəstəkləyib
Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 26-da keçirilmiş referendumda Konstitusiyaya dəyişikliklərinə dair səsverməyə çıxarılmış məsələlərə seçicilərin münasibətini faizlərlə elan edib.
Bizimyol.info xəbər verir ki, MSK-nın açıqlamasına görə, 29 dəyişikliyin hamısı səsvermədə dəstəklənib. Dəyişiklikləri dəstəkləmə faizi 83-92 faiz arasında dəyişir.

Prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasına seçkiyə qatılanların 92 faizinin müsbət yanaşdığı deyilir. Yaş senzinin 18-ə endirilməsinə isə səsvermədə iştirak edənlərin 91 faizinin «hə» dediyi qeyd edilir.

MSK-nın açıqlamasından belə çıxır ki, xalq torpaqlardan səmərəli istifadə edilməyəcəyi təqdirdə torpaq üzərində mülkiyyətin məhdudlaşdırılmasını də təqdir edir. Referenduma qatılanların 85 faizinin bunu dəstəklədiyi bildirilir.

Vitse-prezidentlik institutunun müdafiəsi də səsvermə iştirakçılarından az səs almayıb. Həmin maddənin müdafiəsinə 89 faizin dəstək verildiyi vurğulanır.

MSK seçki fəallığının 69.7 faiz olduğunu bildirmişdi.



Reytinq: