» » Prezident sərəncam verdi


Prezident sərəncam verdi

19-09-2016, 19:23
Oxunub: 278
Çap et
Prezident sərəncam verdi


Sabirabadda binaların təmirinə 3 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.



Reytinq: