» » İlham Əliyev Böyük Britaniya nümayəndə heyətini qəbul etdi


İlham Əliyev Böyük Britaniya nümayəndə heyətini qəbul etdi

2-12-2014, 16:08
Oxunub: 1668
Çap et
İlham Əliyev Böyük Britaniya nümayəndə heyətini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi, parlamentin üzvü Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milliyət.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və dinamik inkişaf etdirildiyini vurğulayıb. Prezident İlham Əliyev Böyük Britaniya şirkətlərinin ölkəmizdə qeyri-enerji sektorunun inkişafında fəal iştirak etməsindən məmnunluğunu bildirdi və bunu tərəfdaşlığımızın yaxşı əlaməti kimi dəyərləndirib. Dövlətimizin başçısı İlham Əliyev Çarlz Hendrinin Bakıda keçirilən “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakının önəmini vurğuladı. Azərbaycan Prezidenti ölkələrimiz arasında neft-qaz, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu deyib.

Bakıda keçirilən “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakından məmnunluğunu bildirən Çarlz Hendri bu sahədə əməkdaşlığın gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb. Çarlz Hendri Böyük Britaniya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən metro tikintisi sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.



Reytinq:
  
Яна 24 may 2016 06:32
Хочу заказать дипломную работу на сайте Red-Dip.ru - кто-нибуть, что-нибудь слышали о них?
Цитировать          1
Яна 26 iyun 2016 09:14
Была проделана трудоемкая работа. Все наши тексты были проверены, переписаны и оптимизированы для seo-продвижения сайта.
Цитировать          2
Яна 11 iyul 2016 10:11
В компанию обратилась впервые, т.к я работаю, нет совершенно времени на написание итоговой работы. Сотрудники "сама вежливость и образованность" Очень тактичны, терпеливы, отдельно огромное спасибо моему менеджеру Петровой Анастасии, никогда не пришлет сообщение на почту, без предварительного звонка. Все подробно объяснит, поинтересуется, предложит разные варианты... Прочитав первую главу моей работы, я была в восторге, т.к раньше никому не доверяла и писала рефераты, курсовые и дипломы сама, но автор 100 центра просто молодец, я даже сама зачиталась, очень интересна манера написания, легко читается, а самое главное понятно, не заумно. А так, что будто я сама это писала. Спасибо Всем кто работает в компании 100 центр,вы реально нужны людям!!!
Цитировать          3