DataLife Engine > Dünya > Rusiyada hərbi helikopter sərt eniş edib, ölənlər var - YENİLƏNİB

Rusiyada hərbi helikopter sərt eniş edib, ölənlər var - YENİLƏNİB


19-05-2020, 23:53. Разместил: sasaza
Rusiyada hərbi helikopter sərt eniş edib, ölənlər var - YENİLƏNİB

Rusiya Kosmik Hava Qüvvələrinə məxsus Mi-8 hərbi helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə fövqəladə xidmətlərdəki mənbə bildirib.

Qeyd edilir ki, helikopter Klindən 20 kilometr məsafədə təlim-məşq uçuşu həyata keçirirmiş. Bu zaman o, sərt eniş edib. Müdafiə Nazirliyindən bildirilir ki, qəzaya texniki nasazlıq səbəb ola bilər.

Helikopterin hər iki "qara qutu"su tapılıb.

***22:50

Rusiyanın paytaxtı Moskva ətrafında Mi-8 hərbi helikopteri sərt eniş edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

İlkin məlumata görə, hadisə Klin rayonunda qeydə alınıb. Rusiya Kosmik Hava Qüvvələrinin hərbi Mi-8 helikopteri "Zaxarovo" kəndində sərt eniş edib. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, helikopterin ekipajı aldığı xəsarətlərdən həlak olub.

Qeyd edilir ki, qəzaya texniki nasazlıq səbəb ola bilər. Hadisə yerinə Rusiya Kosmik Hava Qüvvələrinin komandanlığı cəlb edilib.

RİA "Novosti"nin məlumatına görə, nazirlik hadisə zamanı helikopterdə neçə nəfərin olduğunu açıqlamayıb.
Вернуться назад