DataLife Engine > Dünya > Antalyada temperatur rekordu qeydə alındı

Antalyada temperatur rekordu qeydə alındı


17-05-2020, 19:31. Разместил: sasaza
Antalyada temperatur rekordu qeydə alındı


Bu gün Türkiyənin Antalya şəhərində havanın temperaturu 38,8 dərəcəyədək yüksəlib.

Qaynarinfo xəbər verir ki, may ayı üçün anormal istilər şəhərdə havanın temperaturunun ölçülməyə başladığı 1929-cu ildən indiyədək ilk dəfə müşahidə olunub.

Şəhərdə bu günədək ən isti hava 1945-ci il mayın 26-da (38,7 dərəcə) qeydə alınıb.

Mütəxəssislər anormal hava şəraiti ilə bağlı vətəndaşları xəbərdar ediblər.

Xatırladaq ki, Türkiyə ərazisində Şimali Afrikadan gələn isti hava kütləsinin təsiri ilə havanın temperaturunun yüksəlməsi gözlənilirdi.
Вернуться назад