DataLife Engine > Dünya > Almaniyada azərbaycanlıların uşaqlarını alıb, alman ailəsinə veriblər

Almaniyada azərbaycanlıların uşaqlarını alıb, alman ailəsinə veriblər


1-09-2019, 14:28. Разместил: sasaza
Almaniyada azərbaycanlıların uşaqlarını alıb, alman ailəsinə veriblər


Avqustun 20-də Almaniyanın Deggendorf şəhərində qaçqınların məskunlaşdığı düşərgədə azərbaycanlılarla Nigeriya və Seneqaldan olan şəxslər arasındakı davadan sonra dörd nəfər həbs olunub. Bunların ikisi hadisədən dərhal sonra, daha iki azərbaycanlı isə iki gün sonra həbs edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat yayıb. Hüquqşünasın sözlərinə görə, həbs olunan azərbaycanlılardan biri evlidir, 4 uşağı var. Həmin uşaqları alman ailələrə veriblər.

“Onun həyat yoldaşı Dublin problemini (viza vermiş ölkəyə göndərilmə) həll etmək üçün Maykofen şəhərindəki ruhi əsəb xəstəlikləri xəstəxanasında dəfələrlə müalicə olunub. Ananın xəstəliyini nəzərə alaraq, uşaqlara nəzarət ataya verilmişdi. Ata da həbs olunandan sonra iki gün əvvəl dövlət uşaqları alıb müvəqqəti saxlamaq üçün 2 alman ailəsinə verib”, – deyə Ə.Əliyev bildirib.

Hüquqşünas əlavə edib ki, həmin gün başqa bir azərbaycanlı ailənin də uşağı alınaraq, dövlətin himayəsinə götürülüb.
Вернуться назад