DataLife Engine > Dünya > Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib

Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib


16-08-2019, 23:55. Разместил: sasaza
Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib


Rusiya prezidenti Vladimir Putin "A321" sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara "Rusiya Qəhrəmanı" adını verib.



İnterAz-ın ria.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında çıxışında bildirib.



O, avqustun 15-də Moskva vilayətinin "Jukovski" hava limanında qalxan, Moskva-Simferopol istiqamətində hərəkət edən "Ural Hava Yolları"na məxsus "Aerobus A321" sərnişin təyyarəsinin pilotlarına "Rusiya Qəhrəmanı" adının verilməsi haqqında fərman imzaladığını söyləyib.



"Hava gəmisinin kapitanı və ikinci pilot Rusiya Qəhrəmanı, ekipajın digər üzvləri isə "İgidliyə görə" ordeni ilə təltif olunublar",deyə V. Putin vurğulayıb.
Вернуться назад