DataLife Engine > Dünya > İcra başçısının müavinini camaatın gözü qarşısında benzinləyib yandırdılar...

İcra başçısının müavinini camaatın gözü qarşısında benzinləyib yandırdılar...


26-07-2019, 15:15. Разместил: sasaza
İcra başçısının müavinini camaatın gözü qarşısında benzinləyib yandırdılar...


Özbəkistanın Kaşkadərya vilayətinin Yakkabag rayon administrasiyasının məmuru sahibkarlardan birinin əmlakını məhv etməyə çalışdığına görə az qala həyatını itirəcəkdi.
Miliyet.az bu haqda "Mərkəzi Asiya" xəbərlər xidmətinə istinadla xəbər verir.
İcra başçısının müavinini camaatın gözü qarşısında benzinləyib yandırdılar...

Rayon icra hakimiyyəti başçısının tikinti məsələləri üzrə müavini 20-yə yaxın polis əməkdaşının müşayiəti ilə sökülməyi nəzərdə tutulmuş özəl iki mərtəbəli əmlakın yanına gəlib. Lakin buldozerçi dükan və sexin yerləşdiyi binanın sökülməsi əmrinə əməl etməkdən üz döndərib. O halda məmurun özü sürücünün oturacağına əyləşərək buldozeri işləyən, içərisində adamlar olan dükana tərəf yönəldib. Hələ də pul təzminatı ödənilmədiyini söyləyən sahibkar başçı müavinindən dükanını hələlik sökməməyi xahiş edib. Lakin məmur buna baxmayıb. Xahişinin nəzərə alınmadığını görən iş adamı məmurun üzərinə benzin töküb və ona çox sayda şahidin gözü qarşısında od vurub. Başçı müavininin paltarı dərhal alovlanıb. Amma ətrafdakalar alovu, çətinliklə də olsa, söndürməyə müvəffəq olublar. Yanmış məmur xəstəxanaya aparılıb. İş adamı isə həbs olunub. Onun mağazasının taleyi barədə məlumat verilmir.

Qeyd edilir ki, “Abad məhəllə” layihəsi adı altında evlər və obyektlər sökdürülən rayon ərazisindəki digər sakinlər də yandırılan məmurun haqsız davranışlarından bezdiklərini bildiriblər.
Вернуться назад