» » Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sarkisyanı əmin edib ki, Gümrüdə baş verən faciənin istintaqı qısa müddətdə başa çatdırılacaq və günahkarlar cəzalandırılacaq.

Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sarkisyanı əmin edib ki, Gümrüdə baş verən faciənin istintaqı qısa müddətdə başa çatdırılacaq və günahkarlar cəzalandırılacaq.

18-01-2015, 21:23
Oxunub: 887
Çap et

Respress.az-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Rusiya prezidenti telefon söhbətində ölənlərin yaxınlarına, həmçinin bütün erməni xalqına bir daha başsağlığı verib.

D. Peskov əlavə edib ki, V. Putin Rusiyanın insident zamanı ağır bədən xəsarətləri almış altı aylıq Sergey Avetistyanın müalicəsinə hər cür yardım etməyə hazır olduğunu da bildirib.

“Lazım gələrsə, Rusiya balaca Sergeyin Moskvaya müalicəyə aparılması üçün Ermənistana tibbi təyyarə göndərməyə də hazırdır”, - deyə D. Peskov qeyd edib.

Putin və Sarkisyan telefon söhbətində Rysiya-Ermənistan münasibətlərini də müzakirə ediblər.

Qeyd edək ki, Rusiyanın Gümrüdə yerləşən 1-2-ci bazasının hərbi qulluqçusu Valeri Permyakov bir ailənin 6 üzvünü qətlə yetirib, 6 aylıq uşağa isə xəsarətlər yetirib.

Bu hadisə Ermənistanda kəskin narazılığa səbəb olub.

Reytinq: