» » Əhməd Davudoğlu Italiyalı həmkarından izahat tələb edir


Əhməd Davudoğlu Italiyalı həmkarından izahat tələb edir

17-01-2015, 23:52
Oxunub: 692
Çap et
Əhməd Davudoğlu Italiyalı həmkarından izahat tələb edir

Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüssel səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
milliyyet.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, Parisdə ötən həftə keçirilən kütləvi yürüştə iştirak edən Ə.Davudoğlunun bu addımını "anlaşılmaz" olaraq qiymətləndirən İtaliyanın Baş naziri Matteo Renzi Türkiyədə söz azadlığının olmadığını iddia etmişti.
Ə.Davudoğlu cavab olaraq bildirib ki Matteo Renzinin sözü gedən şərhi "qəbuledilməzdir" və İtaliyanın baş naziri təcili olaraq məsələ ilə bağlı Ankaraya izahat verməlidir.
Türkiyənin hökümət başçısı bildirib ki, Renzi izahatla çıxış etməsə türk tərəfinin sərt cavabı gecikməyəcək.



Reytinq: