» » Serj Sarkisyan Ərdoğanın dəvətini qəbul etmədiyini açıqlayıb


Serj Sarkisyan Ərdoğanın dəvətini qəbul etmədiyini açıqlayıb

16-01-2015, 22:55
Oxunub: 850
Çap et
Serj Sarkisyan Ərdoğanın dəvətini qəbul etmədiyini açıqlayıb

Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 24-də Çanaqqala qələbəsinin 100 illiyinin qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram tədbirlərində iştirak etməklə bağlı dəvətini rədd edib.

milliyyet.az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə S.Sarkisyanın mətbuat xidməti məlumat yayıb. .

Yanvarın 15-də Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyev ilə birgə keçirdiyi mətbuat konfransında Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirmişdi. Bununla bağlı, aprelin 24-də Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları dəvət ediləcək.



Reytinq: