» » Sutka ərzində İraqda 9 nəfər terror qurbanı olub


Sutka ərzində İraqda 9 nəfər terror qurbanı olub

16-01-2015, 21:55
Oxunub: 650
Çap et
Sutka ərzində İraqda 9 nəfər terror qurbanı olub

İraqda terror aktları nəticəsində sutka ərzində 9 nəfər həlak olub


milliyyet.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, İraq Daxili İşlər Nazirliyinin verdiyi məlumatına əsasən, paytaxt Bağdadda törədilən terror nəticəsində 4 nəfər həlak olub. Terror hadisəsi minaatanlardan atılan atəş nəticəsində Əş-Şuşla məntəqəsində baş verib. Nəticədə 13 nəfər yaralanıb, 4 nəfər isə həlak olub.
İkinci terror aktı isə Bağdadın şimal-şərqində yerləşən məhəllələrin birində baş verib, orada isə 3 nəfər həlak olub.
Digər bir terror aktı isə Bağdadın qərbində avtomobillər üçün ehtiyyat hissələri satılan dükanda baş verib. Nəticədə 2 nəfər həlak olub, 9 nəfər isə yaralanıb.
Qeyd edək ki, İraqda 2014-cu il ərzində terror nəticəsində 15 min insan həlak olub, 22 mindən artıq insan isə yaralanıb.



Reytinq: