» » Fransada daha bir şok


Fransada daha bir şok

16-01-2015, 17:48
Oxunub: 747
Çap et
Fransada daha bir şok

Bu dəfə Parisdəki poçta silahlı basqın edilib, iki nəfər girov götürülüb
Fransada yenə girov böhranı yaşanır. milliyyet.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, paytaxt Parisdə yenə insanlar girov götürülüb.

AFP-nin məlumatına görə, silahlı bir şəxs Parisin şimal qərbindəki Kolombes səmtində poçta basqın edib. O, poçtdakı iki nəfəri giro götürüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Əməliyyata helikopterlər də cəlb edilib.

Fransa mediasında yer alan məlumata görə, silahlı basqın terro yox, oğurluq məqsədi daşıyır.

Xatırladaq ki, ötən həftə Fransa terror hücumları ilə silkələnib. Belə ki, Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturalarını dərc edən "Charlie Hebdo" jurnalının redaksiyasına silahlı baqsqın nəticəsində 12 nəfər, marketə basqın nəticəsində isə 4 nəfər ölmüşdü.



Reytinq: