» » Ermənilərin hirsi soyumadı


Ermənilərin hirsi soyumadı

15-01-2015, 19:53
Oxunub: 621
Çap et
Ermənilərin hirsi soyumadı

Nümayişçilər prokurorluq binasını mühasirəyə almağa çalışırlar
Erməni ailəsinin 6 üzvünü öldürən rus hərbçinin Ermənistana verilməsi tələbi ilə Gümrüdə prokurorluğun qarşısında aksiya keçirilir.

milliyyet.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, aksiya iştirakçılarına baş prokuror Qevork Kostanyan yaxınlaşaraq bütün suallara cavab verəcəyini bildirməklə yanaşı aksiyanın dayandırılmasını istəyib. Prokurorun dedikləri aksiya iştirakçılarını daha da qəzəbləndirib. Kostanyanı sualları cavablandırmaqdan boyun qaçıqmaqda ittiham ediblər.

Etiraz aksiyasında müxalifətçi "İrs" partiyasının deputatı Zarui Postandiyanın da iştirak etdiyi bildirilir.

Azadlıq radiosunun erməni xidməti aksiyanı canlı yayımlayır.

Qeyd edək ki, yanvarın 12-də Gümrüdə yerləşən Rusiya hərbi bazasının əsgəri Valeri Permyakov bir ailənin 6 üzvünü qətlə yetirib. Yaxalanan rus hərbçisi Ermənistanda deyil, Rusiyada mühakimə ediləcəyi isə Ermənistanda kütləvi aksiyalarla müşaiyət olunur. Türkiyə sərhədi yaxınlığında yaxalanan Valeri Permyakov hazırda Gümrüdəki Rusiya hərbi bazasında saxlanılır.



Reytinq: