» » Erməni qaçqınlar Qarabağda


Erməni qaçqınlar Qarabağda

24-11-2015, 17:11
Oxunub: 1467
Çap et
"Ermənistanın əsl niyyəti heç də qaçqınlara humanitar yardım göstərmək deyil".

Erməni qaçqınlar Qarabağda“Suriyadan olan etnik ermənilər Azərbaycanın işğal edilmiş ərazilərinə küçürülür. Ermənistanın əsl niyyəti heç də qaçqınlara humanitar yardım göstərmək deyil”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin 61-ci plenar iclasında Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Yaşar Əliyev deyib.

Yaşar Əliyev bildirib ki, Ermənistan özünün işğalçı və təcavüzkar məqsədlərinə nail olmaq üçün suriyalı qaçqınların faciəsindən sui-istifadə edir. Bu, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il tarixli Dördüncü Cenevrə Konvensiyasının və digər protokolların ciddi pozulması deməkdir.


Erməni qaçqınlar QarabağdaYaşar Əliyev - Azərbaycanın BMT -da daimi nümayəndəsi


Yaxın Şərqdə münaqişələr başlandıqdan sonra işğal nəticəsində boşalan Dağlıq Qarabağ və ətrafındakı 7 rayona Suriya və Livandan minlərlə erməninin köçürüldüyü barədə məlumatlar yayılıb.



Erməni qaçqınlar QarabağdaHətta rəsmi İrəvan bununla bağlı “Evə dön” adlı layihə hazırlayıb. Məlumata görə, təkcə ötən il Suriya münaqişəsi nəticəsində 4,5 min erməni Ermənistana qayıdıb.


Erməni qaçqınlar QarabağdaSuriya və Livanda ermənilərin yaşadıqları ərazilər


BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının (UNHCR) son açıqladığı məlumatda bildirilir ki, azı 15 mindən çox Suriya ermənisi Ermənistanda yerləşdirilib. Onlar Ermənistanın və Azərbaycandan işğal olunmuş Dağlıq Qarabağın ərazisində məskunlaşdırılırlar. Ermənistan höküməti Suriya qaçqınlarına ölkə pasportlarını hətta pulsuz paylayır. Münaqişədən əvvəl Suriyada 100 min erməninin yaşadığı məlum idi. Onlar Hələb, Kessab, Qamışlı, Kobane və Dəməşqdə yaşayırdılar.


Erməni qaçqınlar QarabağdaSuriyadan qaçan ermənilər


Məlumata görə, bunların əksəriyyəti Osmanlı İmperiyası dövründə orada yaşayan ermənilərin nəvə-nəticələridir.

Ermənistan hökuməti həmin qaçqınların bəzisinə vətəndaşlıq statusu verib və onların yerləşməsinə kömək edib. Bildirilir ki, bu statusu ala bilməyən qaçqınların çoxu Dağlıq Qarabağa yerləşdirilib. Dağlıq Qarabağa yerləşdirilən qaçqınlar burada ağır şərtlər altında, gözlənilən müharibə qorxusu ilə yaşayırlar.

Müharibədən əvvəl ermənilərin Yaxın Şərqdə ən böyük icma təşkilatları Livan və Suriyada idi. Suriya və Livana ermənilər əsasən Birinci Dünya Müharibəsindən sonra Osmanlı İmperiyasının ərazisindən köçüblar.

Amma Ermənistan hökümətinin bütün səylərinə baxmayaraq, yerləşdirildikləri ərazilərdəki, iqtisadi vəziyyəti görən Suriya erməniləri ölkəni tərk etməyə çalışırlar. Ermənistan qaçqınların Dağlıq Qarabağa humanizm və həmrəylik şüarları altında köçürür. Amma separatçıların işğalçı siyasəti nəticəsində Azərbaycanın bir milyondan çox əhalisi doğma yurd -yuvasından didərgin salınıb.



Erməni qaçqınlar Qarabağda
Erməni qaçqınlar QarabağdaErmənistan işğalı nəticəsində qaçqın düşən azərbaycanlılar


Elə bu səbəbdən də Ermənistanın köçürmə siyasətinin altında başqa məqsədlər var. Ermənistan hökümətinə var-dövlətini itirən Suriya ermənisi yalnız yer doldurmaq üçün lazımdır. Bundan istifadə edən hökümət çıxılmaz vəziyyətdə qalan qaçqınları yalan vədlərlə Dağlıq Qarabağda və ətraf rayonlarda yerləşdirilər. Həmçinin Ermənistan höküməti kəskin iqtisadi tənəzül nəticəsində ölkəni tərk edən əhalini Suriya və Livan erməniləri ilə kompensasiya edir.



Reytinq: