» » Rusiyadan vurulan hərbi təyyarə ilə bağlı ilk açıqlama -


Rusiyadan vurulan hərbi təyyarə ilə bağlı ilk açıqlama - VİDEO

24-11-2015, 14:37
Oxunub: 598
Çap et
Rusiyadan vurulan hərbi təyyarə ilə bağlı ilk açıqlama -
Bu gün səhər saatlarında Türkiyə sərhədini pozan Rusiyaya aid SU-24 tipli hərbi təyyarə vurulub. Bizimyol.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verib. Açıqlamada bildirilir ki, təyyarə uçuş boyunca Suriya sərhədləri içərisində olub: "Pilotlar təyyarə vurularkən öz həyatlarını xilas edə biliblər. SU-24 təyyarəsi vurularkən 6 min metr yüksəklikdə olub. Təyyarə havada olduğu müddət ərzində Türkiyə hava sərhədini pozmayıb"

Xatırladaq ki, Rusiya hərbi təyyarələri son aylarda dəfələrlə Türkiyə sərhədini pozmuşdu. Türkiyə tərəfinin xəbərdarlıqlarına baxmayaraq sərhəd pozuntuları davam edirdi.



Reytinq: