» » Okeandan 500 ton qızıl tapıldı


Okeandan 500 ton qızıl tapıldı

13-11-2015, 10:20
Oxunub: 355
Çap et
Okeandan 500 ton qızıl tapıldı
Çin Xalq Cümhuriyyətinin geoloqları Hind okeanında ilk dəfə olaraq 500 ton qızıl tapıblar. Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, sözügedən qızıllar dəniz səviyyəsindən 2 kilometr dərinlikdə aşkar edilib. Tapılan qızılların bazar dəyəri 16.4 milyard dollar qiymətləndirilir. Çin geoloqları sözügedən ərazidə böyük gümüş ehtiyatlarının da olduğunu ehtimal edirlər.

Xatırladaq ki, Çin geoloqları keçmiş illərdə də həmin bölgədə qızıl ehtiyatlarının olduğunu güman edərək, bu ərazilərdə Hindistan ilə birgə axtarış aparıblar. Ancaq həmin illərdə axtarışlar müsbət nəticə verməyib.



Reytinq: