» » Mars planetinin yeni sirrləri açıldı


Mars planetinin yeni sirrləri açıldı

6-11-2015, 14:17
Oxunub: 1133
Çap et
Mars əvvəllər Yer planetinə oxşayıb
Mars planetinin yeni sirrləri açıldı
NASA ötən gün keçirdiyi brifinqdə, Mars planetinin araşdırmalar mərkəzinin rəhbəri Maykl Meyer, Marsın yaşamsız bir planetə çevrilməsinə səbəb Günəşin olduğunu deyib. Məhz günəş şüaları (küləyi) qırmızı planetin atmosferini kosmosa "üfürür".

İnterAz mərkəzin rəsmi saytına istinadən xəbər verir ki, onlar bu faktı 2015-ci il ərzində günəşdə baş verən maqnit qasırğaları zamanı aşkar ediblər. Məhz bu zaman günəşdə olan qasırğanın təsirindən Marsda yaranan hava kütləsi, kislarod və maye kosmosa uçurulub.

Tədqiqatçılar bildirib ki, 4.3 milyard il əvvəl Marsda canlı aləmin yaranması üçün kifayət qədər atmosfer qatı, qazlar və digər lazımi maddələr olub. Onlar hesab edir ki, Qırmızı planet öz maqnit sahəsini itirdikdən sonra bütün qeyd olunan maddələr də məhv olub.



Reytinq: