» » Tanınmış aparıcıdan pul alan dilənçi gözlərinə inanmadı - FOTO


Tanınmış aparıcıdan pul alan dilənçi gözlərinə inanmadı - FOTO

17-10-2015, 22:45
Oxunub: 607
Çap et
Türkiyənin məşhur teleaparıcısı Acun Ilıcalı dilənçilərə görünməmiş məbləğdə pul verib.
Tanınmış aparıcıdan pul alan dilənçi gözlərinə inanmadı - FOTO

Türkiyədə restoranların birindən çıxan zaman teleoliqarx hesab olunan Acun İlıcalı dilənçini sevindirib. Onun yanına gələn dilənçilərilərə 100 lira (35 manat) verib.

Acunun karyerası və şəxsi həyatı əvvəl çox uğursuz olub. 20 yaşında yol qəzasına düşüb. Qəza zamanı anasını , atasını və qızını itirib. 1 il depressiyaya düşərək evdən çölə çıxmayıb. Həmin ərəfədə həyat yoldaşından da boşanıb. 1995-ci ildə market açıb, lakin müflis olub. İlk dəfə Show Tv-də idman müxbiri kimi çalışıb.
Tanınmış aparıcıdan pul alan dilənçi gözlərinə inanmadı - FOTO

“Fənərbaxça”klubuna azarkeşlik etməsinə baxmayaraq “Beşiktaş” klubunun müxbiri olub.

Türkiyə və Anadoluda göstərdiyi stand-up şouları ilə həyat yolunu izləyicilərə komik bir tərzdə çatdırıb. Son olaraq məşhurlarla hazırladığı "Yok Böyle Dans" yarışmasından gələn gəlirlə əqli çətinlikləri olan uşaqlar üçün məktəb tikdirir.

"O səs Türkiyə" verilişinin aparıcısı və yaradıcısıdır.(anspress.com)



Reytinq: