» » ŞOK: "İslam dövləti"nin Şimali Qafqaz “vilayət”i yaradıldı


ŞOK: "İslam dövləti"nin Şimali Qafqaz “vilayət”i yaradıldı

24-06-2015, 21:30
Oxunub: 1198
Çap et
ŞOK: "İslam dövləti"nin Şimali Qafqaz “vilayət”i yaradıldı“İslam dövləti” (İŞİD) terror qruplaşması Rusiyanın Çeçenistan, İnquşetiya, Dağıstan və Kabardin-Balkar federal subyektlərinin ərazilərində Şimali Qafqaz vilayətinin yaradıldığını elan edib.

Publika.az “Gazeta.ru” saytına istinadən xəbər veriri ki, bu barədə terror qruplaşmasının ikinci şəxsi, özünü İŞİD-in lideri Əbubəkr Əl-Bağdadinin mətbuat katibi elan edən Əbu Məhəmməd əl-Adnani bildirib.

Qeyd edək ki, Şimali Qafqaz döyüşçüləri tam heyətdə “İslam dövləti” (İŞİD) terror qruplaşması və onun lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içiblər. Bununla bağlı iyunun 21-də “YouTube” portalında videoçarx yerləşdirilib.

Məlumata görə, İŞİD və onun liderinə sədaqət andı içən “Qafqaz Əmirliyi” təşkilatı Şimali Qafqazın bütün regionlarını - Çeçenistan, Dağıstan, İnquşetiya və Kabardin-Balkar federal subyektlərini əhatə edir. Videoçarxda göstərilir ki, “Qafqaz Əmirliyi”nin bütün döyüşçülər bu qərarda vahid fikrə malikdirlər.



Reytinq: