» » Həbsxanada 1 gün belə oturmayan 18 illik “qanuni oğru” tutuldu


Həbsxanada 1 gün belə oturmayan 18 illik “qanuni oğru” tutuldu

1-06-2015, 10:40
Oxunub: 714
Çap et
Moskvada 43 yaşlı “qanuni oğru” Tenqiz Korsagiya həbs edilib.

Həbsxanada 1 gün belə oturmayan 18 illik “qanuni oğru” tutuldumilliyyet.az Publika.az-a istinadən xəbər verir ki, kriminal aləmdə polislər “Oçamirski” ləqəbilə tanınan Tengizin üstündə axtarış zamanı 6 qram heroin aşkarlayıblar. Buna görə Tenqizi 3 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Tengiz Korsagiya tanınmış “qanuni oğru” “Valter”in bacısı oğludur. Məhz dayısı onu gənc yaşlarında taclandıraraq “qanuni oğru” adı verib.

Maraqlıdır ki, 18 illik “oğru karyerasında” Tengiz ilk dəfədir ki, həbsxanaya düşür. O əvvəllər bir neçə dəfə saxlanılsa da cinayətini sübuta yetirmək mümkün olmamışdı.



Reytinq: