» » Azərbaycanlılar Təbrizdə İran bayrağını yandırdı - FOTO


Azərbaycanlılar Təbrizdə İran bayrağını yandırdı - FOTO

16-05-2015, 20:59
Oxunub: 741
Çap et
Azərbaycanlılar Təbrizdə İran bayrağını yandırdı - FOTOmilliyyet.az xəbər verir ki, bu gün günorta saatlarında Təbrizdə İran bayrağı yandırlıb. Məlumata görə, hadisəni Təbrizin "Traxtur" futbol komandasının azərbaycanlı azarkeşləri törədib.

Buna səbəb isə dünən İranın əsas liqası olan Pro Ligdə Təbrizin “Traxtur” komandası ilə Tehranın “Naft Tehran” komandası arasında keçirilmiş oyunda baş verən qarşıdurma olub.

Belə ki, 3:3 hesabı ilə bitən oyunun sonunda “Traxtur” komandasına və tərəfdarlarına bildirilib ki, “Saypa"-"Sepahan” oyunu bərabərliklə sona çatıb və “Traxtur” artıq çempiondur.

Bundan sonra 90 min azarkeş meydana axışaraq böyük sevinc yaşayıb, şənlik edib. Lakin sonradan məlum olub ki, anons səhv verilib. “Saypa"-"Sepahan" görüşü bərabərliklə deyil, “Sepahan”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Guya bu yanlış məlumat stadionda təhlükəsizliyi qorumaq üçün verilibmiş...

Deyilənə görə, “Traxtur”un baş məşqçisi Antonio Oliveyraya oyun zamanı tapşırıq verilib ki, komandası artıq çempion olduğundan oyunçularına geri çəkilmək göstərişini versin.

Məlumata görə, oyundan sonra azarkeşlər qəzəblənərək stadionun oturacaqlarını qırıb, hakimə hücum ediblər. Nəticədə polislə azarkeşlər arasında ciddi qarşıdurma yaranıb və 300-ə yaxın insan yaralanıb, ölənlər var.

Bu gün isə hirsi soyumayan azarkeşlər Təbrizin mərkəzində İran bayrağını yandırıblar.

Qeyd edək ki, adıçəkilən oyunu izləmək üçün paytaxt Bakıdan və Azərbaycanın digər bölgələrindən də çoxlu sayda “Traxtur” azarkeşi Təbrizə yollanmışdı (musavat.com).



Reytinq: