» » Nepalda güclü zəlzələ


Nepalda güclü zəlzələ

12-05-2015, 13:02
Oxunub: 717
Çap et
Bu gün baş verən təkanların gücü Rixter şkalası ilə 7,1 bal olub
Nepalda güclü zəlzələ
Nepalda növbəti dəfə güclü zəlzələ baş verib.

yeraltı təkanların gücü Rixter şkalası ilə 7,1 bal olub. Bu haqda məlumatı ABŞ-ın Geoloji xidməti yayıb.

Seysmoloqların verdiyi məlumata görə, zəlzələnin episentri ölkənin şimalında Namçe-Bazar adlı yerdən 68 km qərbdə, 10 km dərinlikdə olub.

Hələlik dağıntı və ya təlafat barədə dəqiq məlumat verilmir.

Xatırladaq ki, aprelin 25-də Nepalda 7,9 bal gücündə zəlzələ baş vermişdi. Təbii fəlakət nəticəsində 8 min 200 adam həlak olmuş, minlərlə adam yaralanmışdı.
Dünyanın onlarla ölkəsi, o cümlədən Azərbaycan Nepala humanitar yardım göndərib.


Mənbə
ANS PRESS



Reytinq: