» » Futbol oyunu zamanı stadion çökdü


Futbol oyunu zamanı stadion çökdü

5-05-2015, 22:36
Oxunub: 624
Çap et
Türkiyədə futbol oyunu keçirilən zaman stadion çöküb.

Futbol oyunu zamanı stadion çökdümilliyyet.az-ın məlumatına görə, hadisə Aydın şəhərinin ​"​Adnan Menderes" stadionunda baş verib. Adnan Menderes Universitetinin balansında olan meydançada fakültələr arasında oyun baş tutub.

Trübunanın çökməsi nəticəsində azarkeşlər 2 metr yüksəklikdən aşağı düşüblər. Təxminən 300 nəfərin izlədiyi matçın 65-ci dəqiqəsində baş verən hadisə nəticəsində 9 nəfər yüngül yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralılardan birinin vəziyyəti orta-ağırdır. Emre Candan adlı tələbənin sağlamlıq vəziyyəti digərlərinə nisbətən daha ciddidir. Son məlumatlara görə,digər yaralılar ilkin tibbi yardımdan sonra təxliyyə ediliblər.



Reytinq: