» » “Biz erməni xalqına yox, erməni diasporuna, Ermənistanın siyasətinə qarşıyıq” - Cəmil Çiçək


“Biz erməni xalqına yox, erməni diasporuna, Ermənistanın siyasətinə qarşıyıq” - Cəmil Çiçək

5-05-2015, 19:53
Oxunub: 607
Çap et
Türkiyə Ermənistanın yox, erməni diasporu və Ermənistan siyasəti əleyhinədir.

“Biz erməni xalqına yox, erməni diasporuna, Ermənistanın siyasətinə qarşıyıq” - Cəmil Çiçəkmilliyyet.az-ın məlumatına görə, bu barədə ölkə parlamentinin sədri Cəmil Çiçək “Hurriyet” qəzetinə müsahibəsində bildirib.

“Allah şahiddir ki, mən ermənilərə qarşı məqsədli şəkildə köklənməmişəm. Mən misal üçün, türk musiqisini çox sevirəm. Türk mahnılarını isə çoxlu sayda erməni oxuyur. Bizdə həmçinin, erməni əsilli bəstəkarlar, arxitektorlar, rəssamlar var. Biz bir millət olaraq ermənilərin əleyhinə deyilik, bizi əsassız şəkildə ittiham edən erməni diasporu və Ermənistanın siyasətinin əleyhinəyik” – deyib Çiçək.

“Biz soyqırımı törətməmişik. Erməniləri tamamilə məhv eləmək qərarı olmayıb. 1915-ci il bəşəriyyət tarixində ən kədərli səhifələrdən biridir. Ancaq təkcə ermənilər faciə yaşamayıb, o illər çoxlu türk də həlak olub. O zamanlar erməni quldurlarını silahlandıran ölkələr olub. Hansılar ki, bu gün PKK-ya dəstək verirlər” - əlavə edib spiker.



Reytinq: