» » Universitetdə atışma: 1 ölü, 4 yaralı


Universitetdə atışma: 1 ölü, 4 yaralı

16-04-2015, 21:24
Oxunub: 604
Çap et
Universitetdə atışma: 1 ölü, 4 yaralıTürkiyənin Mardin Artuqlu Universitetinin elan etdiyi bir tenderdə iştirak edən iki qrup arasında silahlı qarşıdurma baş verib.

milliyyet.az Türkiyə mediasına istinadən xəbər verir ki, qarşıdurmada 1 nəfər ölüb, 4-ü yaralanıb.

Məlumata görə, tenderin dəyəri 20 milyon lirə (təxminən 7,5 milyon dollar) olub. Tenderdə iştirak edən qruplar arasındakı mübahisə silahlı qarşıdurmaya çevrilib.

Polis hadisə ilə əlaqədar istintaq tədbirlərinə başlayıb.



Reytinq: