» » 16 min əcnəbi Yəməni tərk edə bilmir


16 min əcnəbi Yəməni tərk edə bilmir

16-04-2015, 09:18
Oxunub: 808
Çap et
Səudiyyə koalisiyasının hələ də bombardman etdiyi Yəməni, 16 minə yaxın xarici vətəndaş tərk edə bilmir.
16 min əcnəbi Yəməni tərk edə bilmir
milliyyet.az-ın məlumatına görə, "Tass" xəbər verir ki, bu barədə BMT-nin xüsusiləşdirilmiş idarəsi olan miqrasiya üzrə Beynəlxalq təşkilatdan bildiriblər.

Qeyd olunur ki, 38 ölkə bu təşkilata vətəndaşlarının ölkədən çıxarılması üçün müraciət edib.

“Miqrasiya üzrə Beynəlxalq təşkilata Yəməndən vətəndaşlarının çıxarılması üçün 38 ölkə müraciət edib. Biz ölkədə 16 min xarici vətəndaşın pis vəziyyətdə qaldığını güman edirik. Bizim oradan daha çox insan çıxarmağımız üçün humanitar hava körpüsünün yaranması barədə Sudan və Efiopiya ilə artıq razılığa gəlinib”- təşkilatın əməliyyat və fövqəladə vəziyyət departamentinin rəisi Muhammed Abdiker bildirib.
Mənbə
ANS PRESS



Reytinq: