» » Putinin eks-köməkçisi: “Rusiya Borçalıya qoşun yeridəcək”


Putinin eks-köməkçisi: “Rusiya Borçalıya qoşun yeridəcək”

25-12-2014, 11:18
Oxunub: 721
Çap et
Putinin eks-köməkçisi: “Rusiya Borçalıya qoşun yeridəcək”


“Putin Ukraynadan sonra Moldova, Gürcüstan və Baltikyanı ölkələrə hücum edəcək”.

milliyyet.az Axar.az- a istinadən xəbər verir ki, bu açıqlama ilə Vladimir Putinin eks-köməkçisi Andrey İllarionov çıxış edib.

O, Rusiyanın Şərqi Gürcüstana qoşun yeridə biləcəyini söyləyib:

“Merkel başa düşüb ki, Putinin qarşısı alınmasa, o daha da aktivləşəcək. O, ictimai şəkildə Putinin onunla müzakirə etdiyi ölkələrin Ukrayna, Gürcüstan, Moldova, Serbiya, Qərbi Balkanlar olduğunu bildirib. Görünür, məhz bu ərazilər onun sonrakı ekspansiya xəritəsinə daxildir. Qərbin Putini qeyri-hərbi yolla dayandırmaq istəyi alınmır, Rusiyaya qarşı isə heç kim vuruşmaq istəmir. Putinin öz xarici siyasətini tam həyata keçirməsi üçün bir neçə ili qalıb. Hazırda Gürcüstan istiqamətindəki Avaro-Kaxetiya yolu ciddi şəkildə bərpa olunur. Yəqin ki, gələn ilin yazında məhz bu yol vasitəsiylə Gürcüstanın şərqinə hərbi texnika göndəriləcək. Rusiya Baş Qərargahı üçün Ermənistan və Dağlıq Qarabağa quru yolu xüsusi əhəmiyyət daşıyır. Bu zaman isə Azərbaycandan Gürcüstan vasitəsiylə Türkiyəyə gedən kəmərlər kəsiləcək. Putinə qarşı kim mübarizə aparacaq? İvanişvili? Baltik ölkələri? Öz gücləri kifayət etməyəcək, avropalılar isə döyüşmək istəmirlər. Köhnə Avropa hətta Ukraynaya da güclü kömək göstərmək istəmir”.



Reytinq: