» » Təyyarədə bomba həyəcanı


Təyyarədə bomba həyəcanı

1-04-2015, 18:20
Oxunub: 900
Çap et
Təyyarədə bomba həyəcanıLissabona səfər edən təyyarədə bomba olduğu iddia edilib
Türk Hava Yolları Atatürk Hava limanından Lissabona səfər edən təyyarədə bomba olduğu iddia edilib.

milliyyet.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu xəbərdarlıqdan sonra təyyarə eniş üçün hündürlükdən enməyə başlayıb. Hazırda təyyarənin uçuş zolağına enməsi gözlənilir.

Atatürk Hava limanın ətrafında təhlükəsizlik tədbirləri artırılıb.

Təyyarə yerə endikdən sonra içərisində axtarışlar aparılacaq.

Sərnişin təyyarəsinin içərisində nə qədər insan olduğu hələlik bilinmir.



Reytinq: